RU

Toğrul Əliyev: “Süni intellekt kredit sektorunu transformasiya edir”

Süni intellekt kredit sektorunu transformasiya edir

FED.az xəbər verir ki, bunu  23 iyun 2025-ci ildə Bakıda keçirilən Birinci Beynəlxalq Kredit Hesabatlılığı Konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev bildirib.

Toğrul Əliyev qeyd edib ki, süni intellekt əsaslı modellər ənənəvi yanaşmalardan fərqli olaraq, böyük və kompleks məlumat bazaları əsasında daha dəqiq proqnozlar verir.

"Bununla belə, alqoritmik şəffaflıq və model risklərinin idarə olunması da diqqətdə saxlanmalıdır”, – deyə o çıxışında bildirib.

Избранный
31
fed.az

1Источники