RU

Lavrov: ABŞ-ın suveren dövlət ərazisinə hücumu münaqişənin yeni və təhlükəli eskalasiyasıdır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, ABŞ-ın İsrail və İran arasındakı münaqişədə iştirakı yeni və təhlükəli eskalasiyadır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Macarıstan tərəfinin təşəbbüsü ilə iyunun 22-də Macarıstanın xarici işlər naziri Peter Szijarto ilə telefon danışığında ABŞ-ın İrandakı nüvə obyektlərinə hücumlarını müzakirə edib.

Editor.az-ın məlumatına görə, Lavrov bəyan edib ki, ABŞ-ın İsrail və İran arasındakı münaqişədə iştirakı yeni və təhlükəli eskalasiyadır.

Hər iki nazir ikitərəfli Rusiya-Macarıstan münasibətlərinin bəzi aspektlərini də müzakirə ediblər.

Qeyd edək ki, ABŞ iyunun 22-nə keçən gecə İranın Natanz, Fordo və İsfahandakı üç nüvə obyektinə zərbələr endirib. Vaşinqton bəyan edib ki, hücum İranın nüvə proqramını məhv etmək və ya ciddi şəkildə zəiflətmək məqsədi daşıyır.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Tehran “bu müharibəyə son qoymağa” razılıq verməlidir. Əks halda, bunun daha ciddi nəticələrlə üzləşəcəyi, eyni zamanda ABŞ-ın vitse-prezidenti J.D.Vens İranın hücumları barbar və qəddarcasına adlandırmasına baxmayaraq, ABŞ-ın İslam Respublikası ilə müharibə etmədiyini bildirib.

İranın xarici işlər naziri Abbas Arakçı diplomatiyaya xəyanət edən tərəfin ABŞ olduğunu əsas gətirərək, ölkələrinin təhlükəsizliyini və mənafeyini qorumaq üçün hər cür tədbir görəcəklərini vurğulayaraq, “diplomatiyanın qapısı həmişə açıq olmalıdır, lakin bu, hazırda belə deyil”,-deyib.

//Gülnarə Abasova, Editor.az

Избранный
2
editor.az

1Источники