ABŞ-ın “bunker qatilləri” kimi tanınan “B-2” bombardmançı təyyarələri ilə İranın nüvə obyektlərini vurması ilə yeni mərhələyə qədəm qoyan İsrail-İran müharibəsi 11-ci günündə də davam edir.
İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərini hədəf alan ABŞ-ın “Gecəyarısı çəkici” adlı əməliyyata daxil etdiyi İsrail-İran müharibəsi 11-ci günündədir.
Dünən gecə yarısı hücumu şəxsən açıqlayan ABŞ prezidenti Donald Tramp möhtəşəm bir uğura imza atdıqlarını bildirib və “Bombanı İranda məhv etdik” deyib. Tramp ““Rejim dəyişikliyi” ifadəsini işlətmək siyasi baxımdan düzgün olmaya bilər, amma indiki İran rejimi İranı yenidən böyük edə bilmirsə, niyə rejim dəyişmir?”, – deyib.
İran lideri Ayətullah Əli Xameneyinin müşaviri Əli Şamxani bildirib ki, hücumlarda istifadə edilən ABŞ bazaları “qanuni hədəflərdir”.
Netanyahu: “Böyük liderimiz Tramp”
ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarını tərifləyən İsrail Baş naziri Netanyahu ABŞ ordusunun böyük iş gördüyünü ifadə edərək, “Dostumuz Trampa təşəkkür etməliyik. Fordoya böyük ziyan vurdular. Biz yıxılma müharibəsinə sürüklənməyəcəyik, lakin bütün məqsədlərimizə çatmadan bu tarixi əməliyyatı bitirməyəcəyik”, – deyib.
Qarşılıqlı hücumlar davam edir
İsrail İranın qərbində və paytaxt Tehranda hava hücumları təşkil etdiyini açıqlayıb. Ordudan verilən açıqlamada döyüş təyyarələrinin Tehran və ölkənin qərbindəki hərbi infrastrukturu hədəfə aldığı iddia edilib.
İran da cavab hücumları həyata keçirib. İran Səhiyyə Nazirliyi iyunun 21-də İsrailin hücumları nəticəsində mülki vətəndaşların ümumi itkilərinin 430, yaralıların sayının isə 3500-ü keçdiyini açıqlayıb.
İsrailin Baş Nazirlik İdarəsi İran ordusunun hücumları nəticəsində 24 nəfərin öldüyünü, 1272 nəfərin yaralandığını bildirib.
10:30 - İsrail 6 aeroporta hücum etdi
İsrail ordusu son açıqlamasında İranın şərqində, qərbində və mərkəzində altı hava limanını vurduğunu açıqlayıb.
Ordu Kirmanşahda vurulan hərbi zonanın görüntülərini də yayıb.
10:15 - Trampa mesaj: bu müharibəyə son verəcək
İran ordusunun mərkəzi komandanlığının sözçüsü video açıqlamada deyib: “ABŞ-ın münaqişədə iştirakı İran silahlı qüvvələri üçün qanuni hədəflərin əhatə dairəsini genişləndirir”. ABŞ üçün ağır nəticələri olan güclü əməliyyatların gözlənildiyini açıqlayan sözçü ABŞ prezidenti Donald Trampa da müraciət edib: “Cənab Qumarbaz, siz bu müharibəni başlamısınız, amma onu bitirəcək olan bizik”.
09:40 - “Amerikalılar cavabını alacaq”
Rusiyanın TASS xəbər agentliyinin verdiyi məlumata görə, Moskvaya gedən İranın xarici işlər naziri Abbas Araqçı İran və Rusiyanın mövcud gərginliklə bağlı vəziyyətlərini koordinasiya etdiyini açıqlayıb.
Fars xəbər agentliyinin məlumatına görə, İranın hərbi komandiri Məhəmməd Hatəmi “Amerikalılar nə vaxt İrana qarşı cinayət törətsələr, qəti cavab alırdılar. Bu dəfə də belə olacaq”, – deyib.
Digər tərəfdən Tasnim xəbər agentliyi İranın Yəzd bölgəsində İnqilab Keşikçiləri Korpusunun (SEPAH) 10 əsgərinin öldürüldüyünü bildirib.
08:50 - İsrail Kirmanşahda hücum başladı
İsrail ordusu Kirmanşahdakı hərbi obyektlərə hücum təşkil etdiyini açıqlayıb.
Digər tərəfdən, İrandan verilən açıqlamada İsrail kəşfiyyat xidməti “MOSSAD” ilə əməkdaşlıq ittihamı ilə daha bir şəxsi edam edib. Edam edilən şəxsin adının Məhəmmədəmin Sayəştə olduğu açıqlanıb.
“Tasnim” xəbər agentliyi Sayəştənin 2023-cü ilin sonunda həbs edildiyini və onun “MOSSAD” kiber komandası ilə əlaqəsi olduğunu bildirib.
06:00: İsrail bütün gecəni bombalayıb
İsrailin İrana hücumları gecə boyu davam edib.
Bildirilib ki, Tehran, eləcə də şərqdəki Kərəç, Şiraz və Yəzd şəhərlərində hava hücumundan müdafiə sistemləri işə düşüb, Kərəçdə partlayış səsi eşidilib.
04:10 - Tel-Əvivdə həyəcan siqnalı səsi verilib
İran İsrailə güclü cavab zərbəsi endirib. Paytaxt Tel-Əvivdə sirenlər səslənib. Hava hücumundan müdafiə sistemi İranın ballistik raketlərinə qarşı durmağa çalışıb.
04:00 - İsrail İrana vuruşu
İsrail ordusu ilk olaraq pilotsuz təyyarələrlə İranın Mərkəzi bölgəsinə hücum edib. İranın hava hücumundan müdafiə sistemi hücumu dəf edib.
Digər hücum isə paytaxt Tehranı hədəf alıb. Yenə hava hücumundan müdafiə sistemləri işə salındı.
İsrail ordusunun bəyanatına görə, hərbi məntəqələr hədəfə alınıb. Tehranın cənub-şərqində yerləşən Parçin hərbi bazası vurulub. Tehranın qərbindəki Kərəcdə də hava hücumundan müdafiə sistemləri işə salınıb. Partlayış səsləri İsfahan, Təbriz, Kirmanşah və Savocbulaq şəhərlərində də eşidilib.
02:00: ABŞ vətəndaşları üçün qlobal təhlükəsizlik xəbərdarlığı
ABŞ Dövlət Departamenti İrana hücumdan sonra ABŞ vətəndaşlarına “ehtiyatlı olmağı” tövsiyə edən qlobal təhlükəsizlik xəbərdarlığı edib.
01.30 - İranı vuran təyyarələr geri dönüb
İrandakı nüvə obyektlərini bunker partlayıcı bombalarla vuran “B-2” bombardmançı təyyarələr ABŞ-ın Missuri ştatındakı bazasına qayıdıb.
Bildirilir ki, 18 saatlıq uçuşdan sonra İrana çatan “B-2” bombardmançılarından 7-si Missuri ştatındakı Uaytman aviabazasına enib.
01.10 - Tramp: “Niyə rejim dəyişməsin?”
ABŞ prezidenti Donald Tramp İrana hücumla bağlı açıqlamalarını davam etdirir. Tramp, “İrandakı nüvə obyektlərinə dəyən zərərin böyük olduğu deyilir: “Hücumlar güclü və dəqiq idi”.
“Ordumuz böyük bacarıq nümayiş etdirdi, təşəkkürlər. “Rejim dəyişikliyi” ifadəsini işlətmək siyasi baxımdan düzgün olmaya bilər, amma indiki İran rejimi İranı yenidən böyük edə bilmirsə, niyə rejim dəyişmir?”, – deyən Tramp hücumda iştirak edən “B-2” pilotlarının Missuri ştatına təhlükəsiz eniş etdiyini də bildirib.