ain.az, Modern.az portalına istinadən məlumat yayır.
NATO üzvləri arasında müharibələr qaçılmazdır
İçində yaşadığımız zaman hər gün müharibələr doğur. Artıq çağdaş insan ölüm-itiminə alışqan olub. İnsanlıq vəhşətə uduzur. Təbii ki, belədə insan da əvvəlki olmayacaq
Bu anlamda zamanında sülh üçün yaradılan fərqli forma və məzmunda böyük beynəlxalq təşkilatlar da öz işini görə bilmir, yaxud da daha o missiya lazımsız görünür.
NATO-nun missiyası: sülh üçün kollektiv müdafiə - indi gülüş doğurur
1949-cu ildə yaradılan NATO-nun əsas missiyası üzv dövlətlərin təhlükəsizliyini birgə müdafiə etmək və beynəlxalq sülhü qorumaq olub. Ancaq indi NATO ilə sülh bir ortamda dura bilmir. Hətta NATO və sülh dedikdə hər bir kəsin dodağına istehzalı gülüş qonur.
Bəli, əslində sülh məqsədilə yaradılan bu qurum da BMT kimi arxivdə daha cazib görünür. Kim təminat verə bilər ki, Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsində öz əksini tapan məsələ bir üzv dövlətə hücum, bütün NATO üzvlərinə hücum kimi qəbul edilir kimi qəbul edilə bilər, yaxud bu nə qədər keçərlidir.
Soyuq müharibə dönəmində əsasən sovet təhlükəsinə qarşı mövcud olan NATO, sonrakı dövrlərdə terrorla mübarizə, kiberhücumlar və enerji təhlükəsizliyi kimi sahələri də öz missiyasına əlavə edib. Hazırda NATO yalnız hərbi ittifaq deyil, həm də siyasi və strateji təhlükəsizlik platformasıdır.
NATO-da parçalanma: birlik içində fərqli yollar
Son illər NATO daxilində böyük fikir ayrılıqları və daxili ziddiyyətlər müşahidə olunur:
ABŞ və Avropa arasında münasibətlər: Donald Tramp dövründə NATO-ya töhfələrin qeyri-bərabər olduğu irəli sürüldü. ABŞ Avropa ölkələrini yetərincə məsuliyyət daşımamaqda ittiham etdi.
Türkiyə ilə gərginliklər: Türkiyənin Rusiyadan S-400 raket sistemi alması, Yunanıstan və Fransa ilə ziddiyyətlər və Şərqi Aralıq dənizi məsələsi NATO daxilində fikir ayrılıqlarını dərinləşdirdi.
Macarıstan və Slovakiya kimi dövlətlərin Rusiyaya neytral yanaşması da qərb birliyində çat yaradır.
Bu parçalanmalar NATO-nun effektiv fəaliyyətinə xələl gətirir, və zaman-zaman “NATO-nun sonu yaxınlaşırmı?” sualını gündəmə gətirir.
Üzv ölkə təhlükədə olarsa NATO nə etməlidir?
NATO-nun əsas dayağı 5-ci maddədir. 2001-ci ildə ABŞ-a qarşı 11 sentyabr hücumundan sonra bu maddə ilk dəfə tətbiq olundu və digər NATO ölkələri ABŞ-ın tərəfində yer aldı.
Təhlükə halında görüləcək tədbirlər:
Üzv ölkəyə yardım: hərbi, kəşfiyyat, texnoloji və ya diplomatik şəkildə.
NATO-nun Ali Hərbi Komandanlığı təcili toplanır.
Kollektiv cavab tədbirləri müəyyən olunur (hava məkanının qorunması, sərhəd gücləndirməsi, qoşun yerləşdirilməsi və s.)
Ancaq bəzi hallarda bu yardım praktikadan çox siyasi jest səviyyəsində qala bilir. Ən çox tənqid olunan da budur: “Hər kəs eyni dərəcədəmi müdafiə olunur?”
İsrail-İran müharibəsi və Türkiyənin narahatlığı
Yaxın Şərqdə alovlanan İsrail-İran qarşıdurması yalnız iki ölkə arasında deyil, qlobal nizamın sınandığı böyük oyun meydanıdır. Türkiyə bu proseslərdən dərin narahatlıq keçirir:
Coğrafi yaxınlıq və qaçqın təhlükəsi
Neft qiymətlərinin artması ilə iqtisadi təsirlər
Sünni–şiə qarşıdurmasının regiona yayılma riski
İranla balanslı münasibətlərin pozulması
NATO bu müharibəyə rəsmi müdaxilə etməsə də, ABŞ birbaşa, Böyük Britaniya dolayı yollarla iştirak edir. Bu isə Türkiyənin balans siyasətini çətinləşdirir. İsrailin NATO-ya üzv olmaması ittifaqın birbaşa hərəkət imkanını məhdudlaşdırır.
NATO dağıla bilərmi?
İndi NATO-nun dağılması tez-tez gündəmə gəlib, amma həmişə struktur özünü qorumağı bacarıb. Buna baxmayaraq, bu gün üç böyük risk NATO-nun sabitliyini təhdid edir:
Rusiya ilə münasibətlər,Ukrayna müharibəsi fonunda bəzi üzv ölkələrin Rusiya ilə yaxınlaşmaq istəyi ittifaqı ikiyə bölür.
ABŞ-ın mövqeyi, Trampın indiki mövqeyi NATO-ya sarsıdıcı zərbə vura bilər.
Texnoloji və kiber hibrid hücumlar, yeni müharibə formaları NATO-nun klassik strukturlarını köhnəldir.
Bu risklər fonunda NATO ya özünü yenidən formatlamalı, ya da parçalanmağa məhkumdur.
NATO bu gün həm ən güclü hərbi ittifaq, həm də ən ciddi daxili sınaq qarşısında qalan təşkilatdır. Əgər qurum üzvləri ortaq təhlükələrə ortaq cavab verməyə davam edərsə, bu birlik qlobal sabitlik üçün hələ də ümid ola bilər. Əks halda, parçalanmış NATO dünyada yeni münaqişə və təcavüzlərə yaşıl işıq yandıracaq.
Görünən odur ki, NATO dünyada yeni münaqişə və təcavüzlərə yaşıl işıq yandırır. Bu onun üzvlərinə belə böyük təhdiddir. Odur ki, NATO artıq ölümə məhkum kimi görünür. Hətta hadisələrin indiki gedişi onu göstərir ki, NATO üzvləri arasında müharibələr qaçılmaz olacaq.
Elnur Əmirov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.