RU

Cəlilabadda ağır yol qəzası baş verib

CƏLİLABAD, 23 iyun. TELEQRAF

Cəlilabad rayonu ərazisində, Ələt-Astara magistral yolunun Göytəpə şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqrafın cənub müxbiri xəbər verir ki, minik avtomobilinin sürücüsü qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən çıxaraq aşıb. Qəza nəticəsində sürücü və avtomobildə olan bir sərnişin ağır xəsarətlər alıb.

Hadisə yerinə çağırılmış təcili tibbi yardım əməkdaşları yaralıları Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

Избранный
48
3
teleqraf.com

4Источники