RU

Klublararası dünya çempionatı: “Mançester Siti” 1/8 finala yüksəlib

Bakı, 23 iyun, AZƏRTAC

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, H qrupunda Avstriyanın “Zalsburq” və Səudiyyə Ərəbistanının “Əl-Hilal” kollektivləri arasında baş tutan matçda qapılara qol vurulmayıb.

G qrupunda isə İngiltərənin “Mançester Siti” komandası BƏƏ-nin “Əl-Əyn” klubuna 6 cavabsız qolla qalib gəlib. Bu nəticədən sonra “şəhərlilər” turnirin 1/8 finalına yüksəlib.

Qeyd edək ki, klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.

Избранный
9
azertag.az

1Источники