RU

İran səmasında gərginlik - İsrailin “Hermes” PUA-sı vuruldu

İsrailin Müdafiə Qüvvələri (IDF) hərbi hava qüvvələrinə məxsus "Hermes" tipli pilotsuz uçuş aparatının İranın qərbində, Xorramabad bölgəsində vurulduğunu təsdiqləyib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə "Times of Israel" nəşri məlumat yayıb.

IDF-in rəsmi açıqlamasında bildirilib:

"Əməliyyat zamanı Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı İran ərazisində vurulub. Hazırda hər hansı informasiya sızması və ya təhlükəsizlik riski yoxdur".

Qeyd edək ki, hadisədən öncə İran mediası "Hermes" PUA-sının vurulma anına dair görüntüləri yayımlamışdı.

Xatırladaq ki, 13 iyun səhərində İsrail İrana qarşı genişmiqyaslı hava hücumu həyata keçirib. Zərbələr nəticəsində bir sıra yüksək rütbəli hərbi şəxslər, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, SEPAH-ın baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının rəhbəri Qulaməli Rəşid və altı nüvə alimi həlak olub.

Həmin günün axşam saatlarında İran "Həqiqi Vəd III Əməliyyatı" ilə cavab verərək İsrailin müxtəlif şəhərlərini, o cümlədən Tel-Əvivi yüzlərlə ballistik raket və PUA ilə hədəfə alıb. Hücum nəticəsində mülki itkilər və ciddi dağıntılar qeydə alınıb.

Избранный
39
4
day.az

5Источники