RU

"Qalatasaray"dan ayrılan belçikalı karyerasını bitirdi

"Qalatasaray"ın sabiq hücumçusu Dris Mertens karyerasını bitirmək qərarına gəlib.

Fanat.Az xəbər verir ki, bu barədə 38 yaşlı özü sosisal şəbəkə hesabında paylaşım edib.

Belçikalı forvard bir neçə təklifi alsa da, vaxtını ailəsinə sərf etmək istədiyini bildirib. 

Qeyd edək ki, Martens 2022-ci ildən İstanbul klubunun formasını geyinirdi. O, ötən mövsüm 52 matça çıxaraq 6 qol vurub, 21 məhsuldar ötürmə ilə yadda qalıb.

“Anderlext” yetirməsi olan forvard ölkəsində "Gent", "Endraxt", Niderlandda PSV, İtaliyada "Napoli" klublarında çıxış edib. O, İtaliya nəhənginin heyətində 2 dəfə İtaliya kubokunu, 1 dəfə isə Superkubokunu qazanıb. Dris Belçika millisinin heyətində 109 oyunda 21 qol vurub.

Избранный
8
fanat.az

1Источники