RU

İsrail İranın 6 aerodromunu bombaladı: 15 döyüş təyyarəsi məhv edilib

İsrail Müdafiə Qüvvələri (IDF) ölkənin qərbində, şərqində və mərkəzində İranın altı aerodromuna zərbələr endirdiyini bildirib.

Publika.az xəbər verir ki, hərbçilərin məlumatına görə, hücum nəticəsində İranın müxtəlif bölgələrində 15 döyüş təyyarəsi və helikopter məhv edilib.

IDF sözçüsü bildirib ki, zərbələr uçuş-enmə zolaqlarına, yeraltı bunkerlərə və yanacaq dolduran təyyarəyə ziyan vurub. Bundan əlavə, İsrail “İran rejiminə məxsus” F-14, F-5 və AH-1 təyyarələrinin məhv edildiyini bildirib.

Ümumilikdə, məlumata görə, İranın 15 hərbi təyyarəsi və helikopteri məhv edilib.

Избранный
9
publika.az

1Источники