RU

Zelenski: İran Rusiyaya kömək edir, buna son qoyulmalı idi

İran Ukraynada Rusiyaya dəstək verir, buna son qoyulmalı idi.

Poliqon Ukraynanın Strana nəşrinə istinadən xəbər verir ki, bunu ABŞ-ın İrana zərbələrindən sonra Ukrayna lideri Volodimir Zelenski deyib.

"Rusiyanın bu cür silahları haradan aldığını hamımız çox yaxşı xatırlayırıq. İranın Rusiyaya verdiyi dəstək ölkəmizə və bir çox başqa ölkələrə genişmiqyaslı dağıntılar, böyük insan itkiləri gətirdi. Bu, həqiqətən də dayandırılmalıdır", deyə o qeyd edib.

Zelenski həmçini, nüvə silahlarının yayılmasına qarşı çıxıb və "onlar müasir dünyada mövcud olmamalıdır" deyib.

İyunun 22-nə keçən gecə ABŞ prezidenti Donald Tramp ABŞ Hərbi Hava Qüvvələrinin İranın üç nüvə obyektinə hücum etdiyini açıqlayıb. Əsas hədəf uranın zənginləşdirilməsi zavodu olan Fordo olub. Onun sentrifuqa zalı yüz metrlik qayalıq və dəmir-beton təbəqə ilə örtülüb ki, bu da onu faktiki olaraq bombardmanlara qarşı toxunulmaz edirdi.

Poliqon.info

Избранный
10
poliqon.info

1Источники