RU

"Fənərbaxça"dan ayrılan futbolçu Azərbaycanda çıxış edə bilər

Türkiyənin “Fənərbaxça” klubundan ayrılan Duşan Tadic karyerasını Azərbaycanda davam etdirə bilər.

Operativ Media Futbolinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə və Niderland mətbuatı məlumat yayıb.

“Qarabağ”ın 36 yaşlı serbiyalı yarımmüdafiəçi ilə maraqlandığı bildirilib. Ölkə çempionu rəsmilərinin Tadiçin agenti ilə əlaqə saxladığı da xəbərdə yazılıb.

Xəbərdə bildirilir ki, ulduz futbolçu hazırda 3 klubun diqqət mərkəzindədir. Onlardan biri “Ayaks”, biri “Olimpiakos”, digəri isə “Qarabağ”dır.

Qeyd edək ki, Tuşan Tadic ötən mövsüm İstanbul təmsilçisində 53 oyunda 13 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
10
operativmedia.az

1Источники