RU

Klublararası dünya çempionatında 3-cü tur başlayır

ABŞ-də təşkil olunan klublararası dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün 3-cü tur start götürəcək.

Son turun görüşləri qruplar üzrə eyni vaxtda başlayacaq. Belə ki, B qrupundakı görüşlərin start fiti saat 23:00-da, A qrupunda isə 05:00-da səsləndiriləcək. 

Əvvəlcə "Atletiko Madrid" ilə "Botafoqo" və "Seattl Sounders" ilə PSJ münasibətlərinə aydınlıq gətirəcəklər.

Bakı vaxtı ilə səhərə yaxın isə "Portu" - "Əl-Əhli" və "İnter Mayami" - "Palmeyras" qarşılaşmaları baş tutacaq. 

Klublararası dünya çempionatı iyunun 15-də başlayıb və iyulun 13-dək davam edəcək. Turnirdə 32 komanda mübarizə aparır. Hər qrupdan iki ən güclü komanda pley-off mərhələsinə yüksələcək.
 

Избранный
4
fanat.az

1Источники