"Dəməşqdəki mənfur terror hücumunu lənətləyirəm".
Operativ Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Həyatını itirənlərin ailələrinə, Suriya hökumətinə və xalqına başsağlığı verirəm", - o, qeyd edib.
Qeyd edək ki, ötən gün Suriyanın Dəməşq şəhərində kilsədə terror aktı baş verib. Hadisə nəticəsində ölənlər və yaralananlar var.