RU

"Birinci Beynəlxalq Kredit Hesanatlığı Konfransı" keçirilir - FOTOLAR

"Azərbaycan Kredit Bürosunun təşkilatçılığı ilə "Birinci Beynəlxalq Kredit Hesabatlığı Konfransı" keçirilir". SİA-nın verdiyi məlumata görə, "Kredit Bürolarının Gələcəyi" mövzusuna həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Kredit Bürosu (AKB), banklar və beynəlxalq kredit bürolarının rəhbərləri və beynəlxalq ekspertlər iştirak edir: "Kredit qərarlarının verilməsi zamanı kredit hesabatlığının və skorinqin rolu, risklərin idarə edilməsi və səmərəli idarəetmənin təmin edilməsi məqsədilə təklif edilən həllər, süni intellekt, böyük verilənlər bazası (big data) idarəetməsi və rəqəmsal transformasiya kimi aktual məsələlər müzakirə olunur.

Konfransda Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyasına (ACIPE) üzv olan 9 ölkənin kredit bürosunun rəhbər və işçi heyəti iştirak edir. Tədbir kredit hesabatlığı sahəsində qabaqcıl təcrübələrin bölüşülməsi, innovativ məhsul və xidmətlərin təqdimatı, eləcə də sektor üzrə imkanlar və çağırışların müzakirəsi baxımından unikal platforma rolunu oynayır.

Konfransda maliyyə sabitliyinin və inklüzivliyinin dəstəklənməsində mühüm rol oynayan kredit məlumat təchizatçılarının inkişaf istiqamətləri, nailiyyətləri və çağırışlar, həmçinin müvafiq təşkilatlar tərəfindən təklif edilən məhsul və xidmətlər üzrə fikir mübadiləsi aparılmış və potensial əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Qeyd edək ki, idarəetmə orqanında Azərbaycan Kredit Bürosunun da yer aldığı ACIPE-nin əsası 17 aprel 2018-ci il tarixində Bakı şəhərində qoyulmuşdur. Təşkilat Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Monqolustan, Ukrayna, Gürcüstan, Moldova və Səudiyyə Ərəbistanının kredit büro və reyestrlərini əhatə edir. Təşkilatın yaradılmasında əsas məqsəd Avrasiya regionunda müxtəlif ölkələrin kredit büroları ilə əlaqələrin qurulması, yeni məhsul və xidmət çeşidləri barədə təcrübə mübadiləsinin aparılması və kredit hesabatlığı üzrə əməkdaşlığın möhkəmləndirilməsidir.

Azərbaycan Kredit Bürosu 15 yanvar 2018-ci il tarixində yaradılmışdır. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, nisyə mal alqı-satqısı həyata keçirən şirkətlərdən, habelə borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanılmasını, saxlanılmasını, təhlilini, kredit hesabatlarının formalaşdırılmasını, borcalanlara fərdi reytinqlərin verilməsini və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.

Hazırda AKB-nin təqdim etdiyi analitik məhsul və xidmətlərin sayı 35-ə çatmışdır. AKB ilə məlumat mübadiləsində iştirak edən təşkilatların sayı isə 270-ə yaxındır".

Müəllif: Ziya Hikmətoğlu
Избранный
19
4
sia.az

5Источники