RU

Həbib Nurməhəmmədov Bakıda çəkilmiş görüntüləri paylaşdı - FOTO

Məşhur rusiyalı idmançı, keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Azərbaycana təşəkkürünü bildirib. 

Bizim.Media xəbər verir ki, o, şəxsi sosial şəbəkə hesablarında Bakıya səfərindən görüntülər paylaşaraq, yerli xalqın ona göstərdiyi isti münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib.

Xabib paylaşımında qeyd edib:

“Azərbaycan xalqına qardaşlıq münasibətinə, dəstəyə və mehriban qarşılanmaya görə dərin təşəkkür edirəm. Burada özümü evimdəki kimi hiss etdim.”

O, həmçinin Bakının müxtəlif yerlərindən – mədəni və tarixi məkanlardan, görüşdüyü insanlarla birlikdə çəkdirdiyi şəkilləri, idman zallarındakı görüntüləri və tədbirlərdəki iştirakını əks etdirən videoları paylaşaraq, şəhərin gözəlliyinə və ölkənin idmana verdiyi önəmə diqqət çəkib.
 

Nurməhəmmədovun Azərbaycana səfəri idman ictimaiyyəti tərəfindən də maraqla qarşılanıb. Onun gənc idmançılarla görüşməsi və motivasiya xarakterli çıxışları sosial şəbəkələrdə böyük rezonans doğurub.


Xatırladaq ki, Həbib Nurməhəmmədov döyüş karyerası ərzində məğlubedilməz statusunu qoruyub saxlayan UFC əfsanəsidir və hazırda gənc idmançılarla iş, təlim və menecerlik sahəsində fəaliyyət göstərir.


















Bizim.Media

Избранный
21
1
bizim.media

10Источники