RU

İran nüvə silahı yaradacaq?

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev əmindir ki, İran ABŞ-nin zərbələrindən sonra nüvə proqramını davam etdirəcək və nüvə silahı yaradacaq.

BAKU.WS xəbər verir ki, o bu barədə özünün "Telegram" kanalında yazıb.

"Amerikalılar gecə İranda üç nöqtəyə endirdikləri zərbə ilə nəyə nail oldular? Göründüyü kimi, kritik nüvə infrastrukturu zədələnməyib və ya cüzi ziyan görüb. Nüvə materiallarının zənginləşdirilməsi və indi artıq açıq deyə bilərik ki, nüvə silahının gələcək istehsalı davam edəcək", - siyasətçi bildirib.

Избранный
8
1
far.az

2Источники