RU

Partinin yerini kim tutacaq?

Tomas Partinin bu yay “Arsenal”dan ayrılması gözlənilir. İngiltərə klubu artıq onun yerinə əvəzləyici tapıb.

“Mirror”un məlumatına görə, londonluların hədəfi “Brentford”un yarımmüdafiəçisi Kristian Nyorqordu. İngiltərə klubu futbolçunun yaşını nəzərə alaraq onu “Arsenal”a rəmzi məbləğə buraxmağa hazırdı.

Partinin “Arsenal”la müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq. Daha əvvəl Qana yığmasının üzvünə Türkiyə klublarının maraq göstərdiyi bildirilmişdi.

Избранный
15
1
football-plus.az

2Источники