ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Bu gün sonuncu zəvvar qrupu Minadan çıxıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.
O qeyd edib ki, Mina mərasimləri əsasən bu gün başa çatır:
“Bütün zəvvar qrupları Minadan çıxaraq Məkkəyə doğru yola düşürlər. Onlar sonuncu ibadətlərini Kəbədə yerinə yetirəcəklər və bununla da Həcc ziyarəti tamamlanacaq. Bəzi qruplar şəraitə görə Minada qalıb, onların sayı təxminən 300 nəfərdir ”.
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.