RU

Rassell ilk qələbəsini qazandı, “Mersedes” “Ferrari”ni arxada qoydu

Footbal-plus portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Həftəsonu keçirilən Kanada mərhələsi “Mersedes”in pilotu Corc Rassellin qələbəsi ilə başa çatdı. "Football-plus.az" xəbər verir ki, Poul-pozişndən start götürən britaniyalı əsas mərhələdə də hamını qabaqladı. O, bu il ilk, karyerasında isə 4-cü dəfə qələbə qazandı. Cari mövsümdə ilk dəfə fəxri kürsünün ən yüksək pilləsinə nə “Maklaren”in, nə də “Red Bull”un pilotu qalxdı. 2-ci yeri “Red Bull”dan Maks Ferstappen, 3-cü yeri isə Rassellin komanda yoldaşı Kimi Antonelli tutdu. Finişə üç dövrə qalmış “Maklaren”in pilotu Lando Norris komanda yoldaşı Oskar Piastri ilə toqquşdu. Nəticədə Norris 4-cü yer uğrunda mübarizəni davam etdirə bilmədi, həmin yer Piastriyə qismət oldu. Məhz Piasti 10 mərhələdən sonra 198 xalla şəxsi hesabda liderdi. Norris 176 xalla 2-ci, Ferstappen 155 xalla 3-cü pillədə qərarlaşıb. “Maklaren” 374 xalla Mühəndislər kubokunda da liderliyi davam etdirir. Xalını 199-a çatdıran “Mersedes” 183 xala malik “Ferrari”ni 2-ci pillədən sıxışdırdı.Təsnifat mərhələsi1. Corc Rassell (B.Britaniya) 1.10,8992. Maks Ferstappen (Niderland) 1.11,0593. Oskar Piastri (Avstraliya) 1.11,1204. Kimi Antonelli (İtaliya) 1.11,391 5. Lüis Hemilton (B.Britaniya) 1.11,5266. Fernando Alonso (İspaniya) 1.11,5867. Lando Norris (B.Britaniya) 1.11,625 8. Şarl Lekler (Monako) 1.11,6829. Ayzek Hacar (Fransa) 1.11,86710. Aleksandr Albon (Tayland) 1.11,90711. Yuki Sunoda (Yaponiya) 1.12,102 12. Franko Kolapinto (Argentina) 1.12,14213. Niko Hülkenberq (Almaniya) 1.12,18314. Oliver Berman (B.Britaniya) 1.12,34015. Esteban Okon (Fransa) 1.12,634 16. Qabriel Bortoleto (Braziliya) 1.12,38517. Karlos Sayns (İspaniya) 1.12,39818. Lens Stroll (Kanada) 1.12,51719. Liam Louson (Yeni Zelandiya) 1.12,52520. Pyer Qasli (Fransa) 1.12,667Həlledici mərhələ305,270 km (4361 metrlik 70 dövrə)1. Corc Rassell (Mersedes) 1:31.52,6882. Maks Ferstappen (Red Bull) +0,2283. Kimi Antonelli (Mersedes) +1,0144. Oskar Piastri (Maklaren) +2,1095. Şarl Lekler (Ferrari) +3,4426. Lüis Hemilton (Ferrari) +10,7137. Fernando Alonso (Aston Martin) +10,9728. Niko Hülkenberq (Zauber) +15,3649. Esteban Okon (Haas) 1 dövrə10. Karlos Sayns (Uilyams) 1 dövrə11. Oliver Berman (Haas) 1 dövrə12. Yuki Sunoda (Red Bull) 1 dövrə13. Franko Kopapinto (Alpin) 1 dövrə14. Qabriel Bortoleto (Zauber) 1 dövrə15. Pyer Qasli (Alpin) 1 dövrə16. Ayzek Hacar (RB) 1 dövrə17. Lens Stroll (Aston Martin) 1 dövrə18. Lando Norris (Maklaren) 1 dövrəAleksandr Albon (Uilyams) və Liam Louson (RB) finişə çatmayıb.Şəxsi birincilik1. Oskar Piastri 198 xal2. Lando Norris 1763. Maks Ferstappen 1554. Corc Rassell 1365. Şarl Lekler 1046. Lüis Hemilton 797. Kimi Antonelli 638. Aleksandr Albon 429. Esteban Okon 2210. Ayzek Hacar 2111. Niko Hülkenberq 2012. Lens Stroll 1413. Karlos Sayns 1314. Pyer Qasli 1115. Yuki Sunoda 1016. Fernando Alonso 817. Oliver Berman 618. Liam Louson 4Mühəndislər kuboku1. Maklaren 3742. Mersedes 1993. Ferrari 1834. Red Bull 1625. Uilyams 556. Haas 28 7. RB 288. Aston Martin 229. Zauber 2010. Alpin 11

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
1
icma.az

2Источники