RU

Rassell ilk qələbəsini qazandı, “Mersedes” “Ferrari”ni arxada qoydu

Həftəsonu keçirilən Kanada mərhələsi “Mersedes”in pilotu Corc Rassellin qələbəsi ilə başa çatdı.

"Football-plus.az" xəbər verir ki, Poul-pozişndən start götürən britaniyalı əsas mərhələdə də hamını qabaqladı. O, bu il ilk, karyerasında isə 4-cü dəfə qələbə qazandı. Cari mövsümdə ilk dəfə fəxri kürsünün ən yüksək pilləsinə nə “Maklaren”in, nə də “Red Bull”un pilotu qalxdı. 2-ci yeri “Red Bull”dan Maks Ferstappen, 3-cü yeri isə Rassellin komanda yoldaşı Kimi Antonelli tutdu.

Finişə üç dövrə qalmış “Maklaren”in pilotu Lando Norris komanda yoldaşı Oskar Piastri ilə toqquşdu. Nəticədə Norris 4-cü yer uğrunda mübarizəni davam etdirə bilmədi, həmin yer Piastriyə qismət oldu. Məhz Piasti 10 mərhələdən sonra 198 xalla şəxsi hesabda liderdi. Norris 176 xalla 2-ci, Ferstappen 155 xalla 3-cü pillədə qərarlaşıb.

“Maklaren” 374 xalla Mühəndislər kubokunda da liderliyi davam etdirir. Xalını 199-a çatdıran “Mersedes” 183 xala malik “Ferrari”ni 2-ci pillədən sıxışdırdı.

Təsnifat mərhələsi
1. Corc Rassell (B.Britaniya) 1.10,899
2. Maks Ferstappen (Niderland) 1.11,059
3. Oskar Piastri (Avstraliya) 1.11,120
4. Kimi Antonelli (İtaliya) 1.11,391
5. Lüis Hemilton (B.Britaniya) 1.11,526
6. Fernando Alonso (İspaniya) 1.11,586
7. Lando Norris (B.Britaniya) 1.11,625
8. Şarl Lekler (Monako) 1.11,682
9. Ayzek Hacar (Fransa) 1.11,867
10. Aleksandr Albon (Tayland) 1.11,907
11. Yuki Sunoda (Yaponiya) 1.12,102
12. Franko Kolapinto (Argentina) 1.12,142
13. Niko Hülkenberq (Almaniya) 1.12,183
14. Oliver Berman (B.Britaniya) 1.12,340
15. Esteban Okon (Fransa) 1.12,634
16. Qabriel Bortoleto (Braziliya) 1.12,385
17. Karlos Sayns (İspaniya) 1.12,398
18. Lens Stroll (Kanada) 1.12,517
19. Liam Louson (Yeni Zelandiya) 1.12,525
20. Pyer Qasli (Fransa) 1.12,667

Həlledici mərhələ
305,270 km (4361 metrlik 70 dövrə)
1. Corc Rassell (Mersedes) 1:31.52,688
2. Maks Ferstappen (Red Bull) +0,228
3. Kimi Antonelli (Mersedes) +1,014
4. Oskar Piastri (Maklaren) +2,109
5. Şarl Lekler (Ferrari) +3,442
6. Lüis Hemilton (Ferrari) +10,713
7. Fernando Alonso (Aston Martin) +10,972
8. Niko Hülkenberq (Zauber) +15,364
9. Esteban Okon (Haas) 1 dövrə
10. Karlos Sayns (Uilyams) 1 dövrə
11. Oliver Berman (Haas) 1 dövrə
12. Yuki Sunoda (Red Bull) 1 dövrə
13. Franko Kopapinto (Alpin) 1 dövrə
14. Qabriel Bortoleto (Zauber) 1 dövrə
15. Pyer Qasli (Alpin) 1 dövrə
16. Ayzek Hacar (RB) 1 dövrə
17. Lens Stroll (Aston Martin) 1 dövrə
18. Lando Norris (Maklaren) 1 dövrə

Aleksandr Albon (Uilyams) və Liam Louson (RB) finişə çatmayıb.

Şəxsi birincilik
1. Oskar Piastri 198 xal
2. Lando Norris 176
3. Maks Ferstappen 155
4. Corc Rassell 136
5. Şarl Lekler 104
6. Lüis Hemilton 79
7. Kimi Antonelli 63
8. Aleksandr Albon 42
9. Esteban Okon 22
10. Ayzek Hacar 21
11. Niko Hülkenberq 20
12. Lens Stroll 14
13. Karlos Sayns 13
14. Pyer Qasli 11
15. Yuki Sunoda 10
16. Fernando Alonso 8
17. Oliver Berman 6
18. Liam Louson 4

Mühəndislər kuboku
1. Maklaren 374
2. Mersedes 199
3. Ferrari 183
4. Red Bull 162
5. Uilyams 55
6. Haas 28
7. RB 28
8. Aston Martin 22
9. Zauber 20
10. Alpin 11

Избранный
24
1
football-plus.az

2Источники