RU

Xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi DAVAM EDİR

Ajans.az xəbər verir ki, bu barədə  Dövlət Sərhəd Məntəqəsindən məlumat verib. Məlumata görə, gecə saatlarında Astaradakı Dövlət Sərhədindən Buraxılış Məntəqəsi vasitəsilə vətəndaşların təhlükəsiz şəkildə Azərbaycana keçidi təmin edilib. “Sərhəddə bizə rahat keçid şəraiti yaradıldı. Təxliyəyə dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edirəm,” – deyə jurnalistlərə ABŞ vətəndaşı Aborzi Aborinq bildirib.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə rəsmi müraciət edərək, İranda olan vətəndaşlarının tranzit qaydada Azərbaycandan keçərək ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.

Избранный
30
5
Ajans.az

10Источники