RU

ABŞ vətəndaşları İrandan Azərbaycana təxliyə olundular

İsrail-İran münaqişəsi başlayandan sonra xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi davam edir.

Publika.az "Report"a istinadla xəbər verir ki, gün ərzində kiçik qruplar şəklində xarici vətəndaşlarının Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsi vasitəsilə təxliyəsi həyata keçirilir.

Bir qədər əvvəl də 10 nəfərdən artıq ABŞ və digər xarici ölkə vətəndaşları Azərbaycana təxliyə olunub. Amerika vətəndaşı Aborzi Aborinq bildirib ki, sərhəddə keçid üçün rahat şərait yaradılıb: “Azərbaycan dövlətinə təxliyə üçün öz təşəkkürümü bildirirəm”.

Избранный
17
14
publika.az

10Источники