Bunun səbəbini, ideyanın kimə məxsus olduğunu öyrənmək üçün klubun prezidenti Ayaz Abdullayevlə əlaqə saxladıq.
“Klubun adının dəyişdirilməsi Qubanı daha rəsmi və peşəkar səviyyədə təmsil etmək məqsədi daşıyır. Bu ideya mənə məxsusdu və azarkeşlər, icma nümayəndələri ilə aparılan müzakirələrdən sonra yekdil qərarla reallaşıb”.
Qeyd edək ki, klubun adı ikinci dəfədi dəyişdirilir, ilk adı isə “Hypers” olub. Bu məsələni də Ayaz bəylə aydınlaşdırdıq.“Ötən mövsüm klubun adı dəyişdirilməmişdi, sadəcə olaraq, Region liqasında “Hypers” olaraq təqdim edilirdi. Rəsmi sənədlərdə “Hypers Quba” olub".
MÜZƏFFƏR QULUZADƏ