RU

“Kənan Yıldız qızıl oğlandır”

“Yuventus” klubunun baş məşqçisi İqor Tudor gənc hücumçu Kənan Yıldızın oyun səviyyəsi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.

“Yıldız hansı səviyyəyə çata bilər? Bu, tamamilə ondan asılıdır. O, nadir bir istedada malikdir – mükəmməl düşüncə tərzi var. O, yarımmüdafiəçi kimi qaçır, üstəlik texniki cəhətdən də çox güclüdür. O, qızıl oğlandır”

Xatırladaq ki, bu gün keçirilmiş klublararası dünya çempionatının qrup mərhələsinin ikinci turunda “Vıdad”a qarşı oyunda (4:1) Yıldız dubl müəllifi olub.

Qeyd edək ki, 20 yaşlı türkiyəli futbolçunun “Yuventus”la olan müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Избранный
15
90deqiqe.az

1Источники