Sia Az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
...Çinin elektrik avtomobil istehsalçısı BYD ucuz avtomobillərini Braziliyaya gətirmək qərarına gəlib.
SİA bu barədə xarici qaynaqlara istinad edir.
Beləliklə, Reuters xəbər verir ki, Çin avtomobil markası 20 futbol meydançasına qədər maşın saxlaya bilən dünyanın ən böyük avtomobil daşıyan gəmisini Braziliyaya göndərib. Ölkəyə göndərilən avtomobillərin əsasən ucuz olduğu bildirilir və bu, yerli avtomobil sənayesi üçün təhlükədən qorxan Braziliya rəsmiləri və həmkarlar ittifaqları arasında qəzəb doğurub.
IndustriALL Brasil həmkarlar ittifaqı konfederasiyasının prezidenti Aroaldo da Silva, "Dünyadakı ölkələr qapılarını çinlilərə bağlamağa başladılar, lakin Braziliya bunu etmədi və Çin bundan istifadə etdi"- deyib.
Qeyd edək ki, bu il BYD Braziliyaya ümumilikdə təxminən 22.000 avtomobil çatdırıb.
Nazlı Almuradova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.