RU

Pol Poqba “Monako” ilə razılığa gəldi

Fransalı yarımmüdafiəçi Pol Poqba karyerasını “Monako” klubunda davam etdirə bilər.

90deqiqe.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə “Monako” arasında maliyyə şərtləri üzrə razılıq əldə olunub.

Poqbanın knyazlıq təmsilçisi ilə müqaviləsi 2027-ci ilin iyununa qədər nəzərdə tutulacaq.

Xatırladaq ki, dopinq istifadəsinə görə Pol Poqba 4 illik diskvalifikasiya almışdı. Lakin bu cəza sonradan 18 ayadək azaldılıb və təcrübəli futbolçu artıq 2024-cü ilin martında cəzasını başa vurub.

Poqba ilə “Marsel” də maraqlanır. Bundan əlavə, futbolçunun adının Səudiyyə Ərəbistanı klubları ilə də hallandığı bildirilir. Bu səbəbdən Poqbanın hələlik “Monako” ilə rəsmi müqavilə imzalamağa tələsmədiyi qeyd olunur.

Избранный
17
90deqiqe.az

1Источники