Suriyanın paytaxtı Dəməşqin Duveyla bölgəsindəki Mar Elias kilsəsinə kamikadze hücumu həyata keçirilib. Suriya Daxili İşlər Nazirliyi İŞİD-ə bağlı bir kamikadzenin kilsəyə girərək atəş açdığını, daha sonra isə üzərindəki partlayıcı jiletini işə saldığını açıqlayıb. Suriya mediasının məlumatına görə, partlayış nəticəsində azı 20 nəfər ölüb, 52 yaralı var.
Hadisədən sonra təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb və geniş ehtiyat tədbirləri görüb. Ekspert qrupları hücumun səbəblərini və şəraitini araşdırmaq üçün dəlil toplamaq üçün səylərini davam etdirir. Hücum nəticəsində kilsəyə külli miqdarda maddi ziyan dəyib, Suriya mediası isə hücumda çoxlu mülki vətəndaşın hədəf alındığını bildirib.
Hadisəni “Reuters” agentliyinə anladan bir şahid bildirib ki, kamikadze kilsənin içərisində özünü partladıb.
Hadisədən sonra təhlükəsizlik qüvvələri bölgədə geniş ehtiyat tədbirləri görüb və partlayışla bağlı araşdırmaya başlayıb.
Suriya Daxili İşlər Nazirliyi terrorçu-kamikadzenin kilsənin içərisində özünü partlatdığını təsdiqləyib. Hücum edən şəxsin İŞİD terror təşkilatının üzvü olduğu açıqlanıb.