RU

“Ötən mövsümlə müqayisədə daha güclü olacağımıza əminəm”

Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.

İqor Tudor “Yuventus”u daha uzun müddət çalışdıracaq. İtaliya klubunun rəhbərliyi baş məşqçi ilə müqaviləni yeniləyib.Turin klubunun rəsmi saytının məlumatına görə, xorvatiyalı mütəxəssis 2027-ci ilin yayına qədər komandanın baş məşqçisi olacaq. Müqavilədə müddətin sonradan daha bir il - 2028-ci ilin yayına qədər uzadılmasının mümkünlüyünü nəzərdə tutan bənd də var. Tudor “Yuventus”a 2024/25 mövsümünün gedişində təyinat alıb. Komanda onun başçılığı altında A seriyasını 70 xalla 4-cü pillədə başa vurmaqla Çempionlar Liqasına vəsiqə qazanıb. “Yuventus”da 1998-2007-ci illərdə çıxış edən, 174 oyuna 21 qol vuran, 2 dəfə çempion olan sabiq xorvatiyalı müdafiəçi iyunun 17-də ABŞ-də jurnalistlərin qarşısına çıxıb. 47 yaşlı mütəxəssis müsahibəsində komandanın Klublararası Dünya Çempionatına hazırlığı və bir sıra digər aktual sualları cavablayıb.- Klubların mundialını komandanız üçün yeni başlanğıc hesab etmək olar?- Bu turniri yeni başlanğıc kimi dəyərləndirməzdim, daha çox bir müddət əvvəl başlayan prosesin davamı olduğunu deyərdim. Komanda icarədən qayıdan Ruqani ilə Kostiç istisna olmaqla əvvəlkidi. Bu isə bizim üçün üstünlükdü. Ona görə ki, futbolçuların son aylar qazandıqları vərdişlərə əsaslanan işi davam etdirmək imkanına malikik. Biz sıfırdan başlamırıq, arxada artıq az-çox uğurla görülən müəyyən işlər var. Sözsüz ki, oyunçuların bundan sonra özləri üçün daha az material qazanmaq şansı var. Onlarla bir-birimizi çox yaxşı anlayırıq. Bu, həm insan münasibətləri, həm də peşəkar fəaliyyət planında belədi.- Mövsümün sonunda gələcəyinizlə bağlı məsələdə çox sayda qeyri-müəyyənlik vardı. İndi yeni müqaviləyə və dəqiq plana maliksiz. Sizin üçün baş məşqçi vəzifəsində müvəqqəti fəaliyyət göstərmək çətin idi?- Həm çempionatın son mərhələsində, həm də mövsüm başa çatandan sonrakı üç həftə ərzində komandada qeyri-müəyyənlik ab-havasının hökm sürdüyünü bir an da olsa hiss etməmişəm. Mənim üçün həmişə hər şey aydın olub. Ola bilsin ki, sizdə kənardan baxarkən fərqli düşüncə formalaşıb. Amma sizi əmin edirəm ki, özümü bu vəzifədə hər an yaxşı hiss etmişəm, oyunçular isə mövsümün həlledici oyunlarında peşəkarlıq və özünü qurban verməyə hazır olmaq baxımından əla təsir bağışladılar. Mən komandanın “sükanı arxasında” maksimal konsentrasiya ilə işləmişəm.- Nəticədə “Yuventus”da çox şey dəyişib, amma baş məşqçinin fəaliyyətini davam etdirməsinə qərar verilib. Buna təəccübləndiniz?- Rəhbərliyin qərarıdı. Mən isə buna qarışmıram. Sadəcə, öz işimi görürəm.- Təyinatınızdan sonrakı açıqlamanızda “biz Çempionlar Liqasına vəsiqə qazanacağıq” demişdiz. Belə də oldu. Klublararası Dünya Çempionatı ilə bağlı düşüncələrinizi bilmək maraqlı olardı?- Bu doğrudu. Hədəfimizə çatacağımıza əmin idim və biz buna nail olduq. Ancaq klubların mundialı başqa turnirdi. Milli komandaların son oyunlarına görə bu turnirə qeyri-adi hazırlıq keçmişik. Məlum olduğu kimi, sərəncamımda tam heyət olmayıb. Buna baxmayaraq, futbolçularımız təmsil etdikləri klubun qarşısına hansı hədəflər qoyulduğunu yaxşı bilirlər: biz həmişə qələbə üçün iştirak edirik.- Yəqin ki, artıq komanda qarşısında hansısa motivəedici çıxış etmisiz.- Bizi prezident Elkann motivasiya edib. O, bizi dünya çempionatına yollanmazdan əvvəl qəbul etdi və komandanı ruhlandırmağı lazım bildi. Klubun rəhbərini məğrur və enerjili gördüm. Elkann bizə dəqiq şəkildə “Yuventus”a xas xüsiyyətləri xatırlatdı. Uşaqlar prezidentin çıxışını lazımınca dəyərləndirdilər.- Baş məşqçi vəzifəsinə Antonio Konte ilə Can Pyero Qasperininin namizədliyi müzakirə edilərkən komanda sizi dəstəkləyib. Bunu jurnalistlərə Kambyazo açıqlayıb. Kolektivin dəstəyini almaq sizin üçün xoş idi?- Andreanın məhz belə açıqlama verməsində qeyri-adi heç nə yoxdu. Əks halda onu komandadan qovardım... Zarafat bir yana, əlbəttə, futbolçuların dəstəyi mənim üçün xoşdu. Ona görə ki, bu amilin yekun nəticəyə çox müsbət təsiri var. Mən tələbkar məşqçiyəm. Hətta ardıcıllığın daha çox pozulduğu və ortaya çıxan problemlərin həllinə o qədər çalışılmadığı müasir dünyada belə xarakterimi qoruyuram. Özüm kimi qalıram. Mən xalçanın altındakı tozu diqqətindən yayındırmayan adamlardan deyiləm. Futbolçu həftə ərzində - matçlar, səfərlər və istirahət imkanları arasında 2-3 məşq keçir və bundan sonra içəridən bayıra fırlanmalıdı. Bax, bu mənim üçün minimumdu. Onların komanda üçün özünü fəda etməməyə haqqı çatmır. Bu gün məşqçi sadə çalışdırıcıdan daha çox əhəmiyyət kəsb edir. O, hamını idarə etməyi və ədalətli olmağı bacarmalıdı.- Artıq mövsümlər əvvəlki dövrlərlə müqayisədə sonsuz marafonu xatırladır: nəticədə il ərzində həddən artıq oyun keçirildiyi üçün yorğunluq problemi dərinləşir. Klubların dünya çempionatı gücü səliqəli şəkildə bölmək və tez-tez rotasiyaya əl atmaq imkanıdı?- Mən müasir futbolu oyunçuların daha çox oynadıqları, lakin karyerasını gec başa vurduqları idman sahəsi kimi görürəm. Ona görə ki, futbolçular proqram əsasında qidalanırlar, onların bəziləri fərdi məşqçilərə malikdilər. Bu amillər oyunçulara karyerasının müddətini uzatmaq imkanı verir. Yüklənmənin idarə edilməsi həmişə məşqçinin məsuliyyətinə aiddi. Amma bu yerdə bunu da deməliyəm: Çempionlar Liqasının himni səslənərkən yorğunluq unudulur, hamı oynamaq istəyir. Meydana həmişə ən güclü heyətlə çıxmağı bacarmaq, amma buna görə komandanı həddən artıq yükləməmək lazımdı. İndi kollektivdə böyük istək var. Qatti ilə Koopmeynersin zədədən sonra bərpası sona çatıb, İtaliya yığmasının oyununda zədələnən Lokatelli də sıraya dönüb. İndi komandada böyük rəqabət var, məşq xarakterli oyunlar çox yüksək səviyyədə keçir.- Dünya çempionatında qarşınıza hansı hədəfi qoymusuz?- Bu, tamamilə yeni turnirdi. Buna görə hansısa dəqiq fikir söyləmək çətindi. Bəzi rəqibləri o qədər də yaxşı tanımırıq, yarışın formatına isə uyğunlaşmaq lazım gəlir. Turnirdə oyunlarımızı keçirdikcə hədəflər məsələsinə aydınlıq gələcək, amma bizim bu mundialda minimal hədəfimiz ola bilməz. Mən belə məsələlərə əhəmiyyət vermirəm, biz yalnız işə və öz oyunumuza diqqət yetiririk.- Çempionatda daha çox üstünlük verdiyiniz 3-4-2-1 sxeminə sadiq qalacaqsız?- Bizim baza oyun sistemimiz olacaq. Bu sistemə vəziyyətdən asılı olaraq uyğunlaşacağıq. Mən rəqəmlərin fanatı deyiləm. Müxtəlif variantlar olacaq. Hansısa sxemin müasir, hansısa taktikanın köhnə olması haqda söz-söhbətə inamıram. Komandanın nə dərəcədə hücumameyilli olub-olmadığını yalnız oyun üslubu və oyunçu seçimi kimi amillər müəyyən edir.- Sizin “Yuventus” vaxtilə özünüzün də oynadığı Marçello Lippinin komandası kimi aqressiv futbol sərgiləyəcək?- Pressinqi xoşlayıram. Müasir dövrdə bu komponentə hamı əl atır. İrəli şığımaq gözəldi. Amma gərək lazım gələndə geri qayıtmağı da bacarasan. Nədənsə imtina etmək lazım deyil. Bu gün futbol oyunçulardan daha çox şey tələb edir. Səthi olmaq lazım deyil, açıq olmaq tələb olunur və çətin məqamlarda təslim olmamaq vacibdi.- Transfer bazarı açılıb. Siz əvvəlki kimi heyətin komplektləşməsi üçün üç yeni futbolçunun alınmasının kifayət olduğunu hesab edirsiz?- Əlbəttə, hələ də belə düşünürəm. Komandamız üç yeni oyunçu ilə rəqabətədavamlı olacaq. Üstəgəl Bremer kimi vacib oyunçumuz sıraya dönəcək. O ağır zədədən sonra indi Amerikada komanda ilə məşq edir. Eyni səbəbdən ötən mövsümü boşa verən Kabal da sıralarımızda olacaq. Sərəncamımda olan oğlanlardan razıyam, klub isə heyətin güclənməsi üçün maksimum çalışır. Ötən mövsümlə müqayisədə daha güclü olacağımıza əminəm.- “Yuventus”un ilk iki rəqibi “Əl-Əyn” və “Vidad” haqda düşüncələriniz necədi?- Bu komandaları dəyərləndirməmək olmaz. Onlar çoxlarının az izlədiyi liqalarda oynayırlar, amma qələbə qazanmağı bacarırlar. Az tanıdığımız belə komandalara qarşı hazırlaşmaq elə də asan məsələ deyil. Əlbəttə, onları az-çox öyrənmişik, bununla belə, “Əl-Əyn” ilə “Vidad” tapmaca olaraq qalırlar. Məhz bu səbəbdən onlara qarşı oyunlara maksimum dərəcədə köklənməliyik. Var gücümüzlə irəli getməliyik. Axı əvvəl-axır özümüzə qarşı oynayırıq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
1
icma.az

2Источники