RU

"Fənərbağça" Ceydon Sançonu transfer etmək istəyir

Türkiyənin "Fənərbağça" klubu yeni mövsümdə "Qalatasaray"a qarşı çempionluq mübarizəsində iddialı olmaq üçün heyətini gücləndirmək niyyətindədir.

90deqiqe.az "Transfer News Live"yə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Mançester Yunayted"in vingeri Ceydon Sançonun transferi ilə bağlı sorğu göndərib.

2024/2025 mövsümündə Sanço "Çelsi"də icarə əsasında çıxış edib. Mövsüm başa çatdıqdan sonra o, müqavilə ilə məxsus olduğu "Mançester Yunayted"ə qayıdıb. Lakin klubun baş məşqçisi Ruben Amorimin Sançonu gələcək planlarına daxil etmədiyi və onun satılmasını istədiyi bildirilir.

"Transfermarkt" portalı 25 yaşlı ingiltərəli futbolçunun bazar dəyərini 28 milyon avro olaraq göstərir. "Fənərbağça"nın baş məşqçisi və təcrübəli mütəxəssis Joze Mourinyodur.

Избранный
15
90deqiqe.az

1Источники