RU

“Bavariya” “Arsenal”ın braziliyalısına elçi düşdü

Almaniyanın “Bavariya” klubu yay transfer pəncərəsində yeni vinger axtarışlarını davam etdirir.

90deqiqe.az "Bild" nəşrinə istinadən xəbər verir ki, Münhen təmsilçisinin transfer siyahısında “Arsenal”ın braziliyalı futbolçusu Qabriel Martinelli də yer alır.

Bu addım, “Atletik Bilbao”nun üzvü Niko Uilyamsın “Barselona”ya keçid ehtimalının artmasından sonra gündəmə gəlib. “Bavariya” alternativ variantlar üzərində işləməyə başlayıb.

24 yaşlı Martinellinin London klubu ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı onun bazar dəyərini 55 milyon avro olaraq qiymətləndirir.

Martinelli 2024/25 mövsümündə “Arsenal”ın heyətində 51 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
23
90deqiqe.az

1Источники