RU

Rəsmi Tehran ABŞ və ya İsraillə danışıqları mənasız hesab edir

Yeniavaz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranın xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra ABŞ və ya İsraillə danışıqların mümkünlüyünü istisna edib.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə ARD televiziyasının efirində danışıb.

Məcid Təxt-Rəvançi bildirib ki, sözügedən ölkələrlə danışıqların davam etdirilməsi tamamilə mənasızdır.

Onun sözlərinə görə, İran sırf danışıqlar naminə danışıqlar aparmaq istəmir. Siyasətçi vurğulayıb ki, İran ordusu nə etmək lazım olduğunu dəqiq bilir.

Qeyd edək ki, bu gecə ABŞ silahlı qüvvələri İranın əsas nüvə infrastrukturlarına koordinasiyalı hücum həyata keçirib. Əməliyyat çərçivəsində Fordo şəhərində yerin dərinliklərində yerləşən nüvə obyektinə altı ədəd GBU-57 tipli bunker əleyhinə bomba atılıb. Bu bombalar yalnız B-2 Spirit bombardmançı təyyarələri ilə daşına bilir və hər birinin çəkisi 13 tondan artıqdır. Hər B-2 təyyarəsi iki belə bombanı daşımaq gücünə malikdir.

Bundan başqa, İranın İsfahan və Natanz şəhərlərində yerləşən digər iki nüvə obyektinə qarşı həyata keçirilən hücumlarda ABŞ Hərbi Dəniz Qüvvələrinin Ohayo sinifli sualtı qayıqlarından buraxılmış 30-a yaxın “Tomahawk” qanadlı raketindən istifadə olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
25
50
yeniavaz.com

10Источники