RU

Dəməşqdə kilsədə partlayış baş verib

Suriyanın paytaxtı Dəməşqin şərqindəki Duveyla bölgəsindəki Mar İlyas kilsəsində partlayış baş verib.

İki sahil” “CNN TÜRK”ə istinadla xəbər verir ki, ilkin məlumatlara görə, 15 nəfər ölüb, 25 nəfərdən çox insan yaralanıb. Hadisə nəticəsində kilsəyə böyük maddi ziyan dəyib.

Partlayışın səbəbi məlum deyil.

Təhlükəsizlik qüvvələri bölgədə geniş ehtiyat tədbirləri görüb və partlayışla bağlı araşdırmaya başlayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
12
ikisahil.az

1Источники