Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, “əyyaş” Dmitri Medvedev ABŞ-ın hava zərbələrindən sonra İranın molla rejimi ilə həmrəylik nümayiş etdirmək qərarına gəlib.
O əmindir ki, İranda siyasi rejim devrilməyəcək və deyir ki, bir sıra ölkələr İranı öz nüvə silahları ilə birbaşa təmin etməyə hazırdır.
“Nüvə dövrünün kritik infrastrukturu, görünür, zədələnməyib və ya cüzi zədələnib. Nüvə materiallarının zənginləşdirilməsi və indi birbaşa deyə bilərik ki, nüvə silahının gələcək istehsalı da davam edəcək. Bir sıra ölkələr İranı öz nüvə silahları ilə birbaşa təmin etməyə hazırdır. İranda siyasi rejim qorunub saxlanacaq və böyük ehtimalla güclənəcək, xalq dini rəhbərliyin ətrafında möhkəmlənəcək”.
Heç şübhəsiz ki, “bir sıra ölkələr” deyərkən, Medvedev ilk növbədə Rusiya, Çin və Şimali Koreyanı nəzərdə tutur.
Bəli, bu ölkələr böyük məmnuniyyətlə “ilana zəhər verən kərtənkələ” rolunda çıxış etməyə hazırdır. Bu da ilk növbədə onların özünümüdafiə instinktindən və birdəki geosiyasi mövqelərindən irəli gəlir.
Lakin ABŞ və İsrailin öldürücü zərbələrindən sonra İrana “antidot” vurub molla rejimini reanimasiya etmək, toparlamaq, ayaqda saxlamaq və özləri üçün “müdafiə sipəri” kimi istifadə etmələri elə də asan olmayacaq.
Medvedev hər nə qədər pozitiv notlarla “İranda siyasi rejimin qorunub saxlanacağını və böyük ehtimalla güclənəcəyini, xalqın dini rəhbərliyin ətrafında möhkəmlənəcəyini” iddia etsə də, gerçəklik budur ki, molla rejimi artıq “siyasi meyit”ə çevrilməkdədir.