RU

Marko Rubio: İran ABŞ-nin dinc nüvə enerjisi proqramını inkişaf etdirmək təklifini rədd edib

İran hakimiyyəti ABŞ-nin dinc nüvə enerjisi proqramını inkişaf etdirmək təklifini rədd edib.

“Report” xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində bildirib.

“Bizim indi etmək istədiyimiz şey İranın heç vaxt nüvə silahına malik olmamasını təmin etməkdir. Əgər onlar dünyanın bir çox başqa ölkələri kimi atom elektrik stansiyalarının olduğu mülki nüvə proqramına sahib olmaq istəyirlərsə, bunu edə bilərlər. Onlara təklif edilən sövdələşmə bu idi. Onlar bunu rədd etdilər. Bizimlə oynamağa çalışdılar. Təkliflərimizə cavab vermədilər"- Rubio əlavə edib.

Избранный
35
50
report.az

10Источники