RU

“Fənərbağça” Jota Silva ilə maraqlanır

“Nottingem Forest”in cinah hücumçusu Jota Silva “Fənərbağça”nın maraq dairəsindədir.

90deqiqe.Az xəbər verir ki, portuqaliyalı futbolçunun xidmətində şəxsən İstanbul klubunun baş məşqçisi Joze Mourinyo maraqlıdır.

Bildirilib ki, “Fənərbağça” 25 yaşlı oyunçunu satın alma hüququ ilə icarəyə götürmək niyyətindədir. Klub artıq futbolçunun nümayəndələri ilə ilkin danışıqlara başlayıb.

Qeyd edək ki, Jota Silva 2024/25 mövsümündə bütün turnirlərdə 38 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı oyunçunu 15 milyon avro dəyərində qiymətləndirir.

Избранный
23
90deqiqe.az

1Источники