RU

“Real”ı “Arsenal”a dəyişə bilər

Madrid “Real”ının yarımmüdafiəçisi Eduardo Kamavinqa İngiltərə Premyer Liqasına keçə bilər.

90deqiqe.Az xəbər verir ki, “Arsenal” Tomas Partinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda fransalı futbolçuya olan marağını yenidən gündəmə gətirib.

Bildirilib ki, “topçular” Kamavinqanın qeyri-stabil keçirdiyi mövsümdən sonra onun vəziyyətini öyrənmək üçün “Real”la ilkin təmas qurublar. Lakin Madrid klubu yalnız yüksək məbləğli bir təklif qarşılığında oyunçunu buraxmağa hazırdır.

Qeyd edək ki, 2024/2025 mövsümündə Kamavinqa “Real”ın heyətində bütün turnirlərdə 35 oyunda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

 

 

Избранный
20
90deqiqe.az

1Источники