RU

“Milan” Xavinin transferi üçün yeni təklif hazırlayır

İtaliyanın “Milan” klubu “Valensiya”nın yarımmüdafiəçisi Xavi Gerranın transferi üçün rəsmi sorğu göndərib.

90deqiqe.Az-ın "AS" nəşrinə istinadən yaydığı məlumata görə, “rossoneri” 22 yaşlı futbolçu üçün 16 milyon avro və əlavə olaraq 4 milyon avro bonus təklif edib. Lakin “Valensiya” bu təklifi rədd edib və Gerranı 30 milyon avro dəyərində qiymətləndirib. 

Bildirilib ki, oyunçunun əvvəlki klubu “Vilyarreal” onun gələcək satışından 30% pay alacaq.

“Milan” geri çəkilmək fikrində deyil və ispaniyalı yarımmüdafiəçi üçün yaxın günlərdə daha sərfəli ikinci təklif təqdim etməyə hazırlaşır.

Qeyd edək ki, Xavi Gerra 2019-cu ildə “Valensiya” akademiyasına məhz bu klubdan keçib.

Xatırladaq ki, Gerra ötən mövsüm La Liqada “Valensiya”nın heyətində 36 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Hazırda futbolçu İspaniyanın U-21 millisinin heyətində Avropa çempionatında çıxış edir.

Избранный
16
90deqiqe.az

1Источники