RU

“Atletiko” Tomas Partini transfer etməyəcək

“Arsenal”ın yarımmüdafiəçisi Tomas Parti “Atletiko Madrid”ə keçməyəcək.

90deqiqe.Az-ın məlumatına görə, Madrid klubunun baş məşqçisi Dieqo Simeone fərqli profilli futbolçuya üstünlük verir. Hazırda “Atletiko”nun transfer siyahısında “Vilyarreal”dan Aleks Baena, “Liverpul”dan Endryu Robertson və “Betis”dən Conni Kardoso yer alır.

Qeyd edək ki, “Atletiko” ötən mövsüm İspaniya La Liqasını üçüncü pillədə başa vurub. Komanda 38 tur ərzində 76 xal toplayıb. Madrid təmsilçisi Klublararası Dünya Çempionatının üçüncü turunda iyunun 23-də “Botafoqo” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Избранный
26
90deqiqe.az

1Источники