“Beşiktaş”ın hücumçusu Çiro İmmobile karyerasını yenidən İtaliyada davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, 35 yaşlı futbolçuya A Seriyasının “Bolonya” klubu maraq göstərir.
Təcrübəli forvard vətənində çıxış etməyə üstünlük verir və artıq “rossoblu”ya təkliflərini qəbul etməyə hazır olduğunu bildirib. Lakin tərəflər arasında əsas problem futbolçunun məvacibi ilə bağlıdır. Belə ki, İmmobile hazırda ildə təxminən 6 milyon avro qazanır, “Bolonya” isə bu məbləğin üçdə birini təklif edir.
Transfer yalnız o halda baş tuta bilər ki, hücumçu maaşında güzəştə getsin və ya “Beşiktaş” onunla müqaviləni pozaraq təzminat ödəsin.
Qeyd edək ki, Çiro İmmobile 2023-cü ilin iyulunda 8 il oynadığı “Latsio” klubundan ayrılaraq Türkiyəyə yollanmışdı. Transfermarkt portalı futbolçunun dəyərini 2,2 milyon avro olaraq qiymətləndirir.