RU

ABŞ-nin müdafiə naziri: İranda döyüşdə ilk dəfə MOP bombalarından istifadə etdik

ABŞ, “Massive Ordnance Penetrator” (MOP) kimi tanınan GBU-57 dəqiq idarə olunan bombaların ilk dəfə istifadəsi üçün İranda yüksək dəqiqlikli B2 Spirit bombardmançısından istifadə edib...

"Report"un xəbərinə görə, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn ilə birgə mətbuat konfransında çıxışında deyib.

"Bu zərbə B2 Spirit bombardmançısının 2001-ci ildən bəri ən uzun missiyasını tələb etdi. Bu, həm də “Massive Ordnance Penetrator”un ilk operativ istifadəsi idi", - o deyib.

Qeyd edək ki, bu tip bomba yaxşı möhkəmləndirilmiş yeraltı hərbi obyektləri məhv etmək üçün nəzərdə tutulub.

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn qeyd edib ki, Pentaqonun İrana zərbə endirmək üçün yeddi “B-2 Spirit” bombardmançısından istifadə edib.

"Əsas zərbə komponenti hər birinin göyərtəsində iki ekipaj üzvü olan yeddi B-2 Spirit bombardmançısından ibarət idi", - o deyib.

Poliqon.info 

Избранный
14
1
poliqon.info

10Источники