İran parlamenti ABŞ-ın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Hörmüz boğazını bağlamaq qərarına gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu məsələ ilə bağlı yekun qərarı Milli Təhlükəsizlik Şurası verməlidir.
Bundan əvvəl İran Müdafiə Nazirliyi ABŞ-nin İslam Respublikasına zərbələri fonunda X sosial şəbəkəsindəki səhifəsində Hörmüz boğazını bağlamaqla hədələyib.