RU

ABŞ İranı onunla vurdu – ŞOK GÖRÜNTÜLƏR

İranın nüvə obyektlərinə hücum Amerikanın ən güclü təyyarələri olan B-2 bombardmançıları və onlarla ton ağırlığında bunker deşici bombalarla həyata keçirilib.

İNFOAZ.WS xəbər verir ki, ABŞ-ın B-2 bombardmançı təyyarəsi dünyanın ən bahalı təyyarəsidir – 2.1 milyard dollardır.

B-2 bombardman təyyarəsinin maksimal sürəti saatda 628 mil (1,010 km/saat) təşkil edir. Sürət onun əsas göstəricisi deyil, üstünlüyü radarlara görünməz olması və nüvə bombası daşıya bilməsidir.

Bilinən göstəricilər bunlardır:

*Qanadların uc nöqtələri arasındakı məsafə – 52.4 metr
*Uzunluq – 21 metr
*Boş halda ağırlıq – 72 ton
*Məsafə – Qitələrarası
*4 ədəd General Electric F118-GE-100 mühərriki
*Əlavə yanacaqdız qətt edə bildiyi məsafə – 9600 km
*2 Pilotlu idarəetmə

Dünyada cəmi 19 belə təyyarə olduğu bildirilir.

Rauf,

İNFOAZ.WS

Избранный
16
infoaz.ws

1Источники