RU

Moldova klubu Azərbaycan millisinin üzvü ilə maraqlanır

Başa çatan mövsümü “Səbail”də keçirmiş milli komandamızın üzvü Mert Çelik karyerasını Moldovada davam etdirə bilər.

İdman.biz xəbər verir ki, 24 yaşlı müdafiəçiyə “Zimbru”dan təklif gəlib. Onun bu komandaya keçəcəyi gözlənilir.

Sportal.az-a açıqlama verən Çelik məsələ haqda danışıb: "Klubdan menecerimlə kontakta keçiblər. "Zimbru" mənimlə maraqlandığını menecerimə bildirib. Amma indi üçün konkret bir şey yoxdur. Görək də, zaman nə göstərəcək. Karyeram üçün ən doğru qərarı vermək istəyirəm".

İdman.biz

Избранный
2
2
idman.biz

3Источники