BAKI, 22 iyun. TELEQRAF
Abşeron çimərliklərində iyunun 23-nə gözlənilən hava şəraiti açıqlanıb.
Teleqraf xəbər verir ki, sabah mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu: şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba 20-21° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıx 21-22° isti olacaq.