RU

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan edilib

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidməti iyunun 22-24-də Bakıda vəAbşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilənküləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elanedib.

Xidmətdən Trend-ə bildirilib ki, Naxçıvan MR, Şəmkir, Samux,Göygöl, Gədəbəy, Oğuz, Şamaxı, Şirvan, Ağsu, Qəbələ, İsmayıllı,Salyan, Cəlilabad, Biləsuvar, Lerik, Yardımlı, Astara, Lənkəran,Masallı, Şabran, Xaçmaz, Quba, Qusar, Xızı, Siyəzən, Ağdam,Ağcabədi, İmişli, Zərdab, Kürdəmir, Beyləqan, Saatlı, Sabirabad,Göyçay, Ucar, Ağdaş, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Şuşa,Xocavənd, Xankəndi, Ağdərə, Cəbrayıl, Qubadlıda fasilələrləşimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkiledəcək.

Bakıda və Abşeron yarımadasında, Şəki, Balakən, Qax, Zaqatala,Goranboy, Naftalan, Mingəçevir, Daşkəsən, Yevlax, Bərdə, Tərtər,Gəncə, Qazax, Ağstafa, Tovuz, Qobustan, Neftçala, Hacıqabuldafasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4m/san-dək güclənəcək.

Избранный
22
39
az.trend.az

10Источники