RU

Zelenski: Yaxın Şərqdən 176 nəfər təxliyə olunub

Yaxın Şərqdən 176 nəfər təxliyə olunub.

Ukrayna Prezidenti Volodimir Zelenski Yaxın Şərqdə gərginliyin artması fonunda vətəndaşların təhlükəsizliyinə dair paylaşım edib.

Prezident bildirib ki, ABŞ-nin İranda nüvə obyektlərinə qarşı mümkün hərbi əməliyyatları öncəsi Ukrayna diplomatları və Hərbi Kəşfiyyat İdarəsi (HÜR) mühüm evakuasiya mərhələsini həyata keçirib.

Nəticədə, 176 nəfər İsraildən Misirə köçürülüb, İrandan isə Azərbaycan ərazisinə təxliyə davam edir.

Zelenski qeyd edib ki, evakuasiya olunanlar arasında Ukrayna vətəndaşları ilə yanaşı Moldova, Latviya, Azərbaycan, Estoniya və ABŞ vətəndaşları da var.

“Biz hər bir müraciətə reaksiya veririk və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik,” – deyə Zelenski paylaşımında vurğulayıb. O, həmçinin Ukraynanın Xarici İşlər Nazirliyinə və kəşfiyyat qurumlarına bölgədəki vətəndaşların qorunması üçün bütün imkanlardan istifadə olunması tapşırığını verib.

Избранный
27
operativmedia.az

1Источники