RU

İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN

"ABŞ-nin İranın nüvə obyektlərinə hücumu ilə bağlı nəticələrdən narahatıq".

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, Türkiyə İsrailin bölgədə hücumu ilə başlayan münaqişənin genişlənməsi və təhlükəsizlik mühitinin sabitliyinin pozulması riskinə hər zaman diqqət çəkib:

"ABŞ-nin bu gün (22 iyun) İranın nüvə obyektlərinə hücumu riski maksimum dərəcədə artırıb.

Türkiyə ABŞ-nin İran İslam Respublikasının nüvə obyektlərinə hücumunun mümkün nəticələrindən dərin narahatdır. Davam edən hadisələr regional münaqişənin qlobal səviyyəyə yüksəlməsinə səbəb ola bilər. Bu fəlakətli ssenarinin həyata keçməsini istəmirik.

Biz bütün tərəfləri məsuliyyətlə hərəkət etməyə, hücumları indidən dayandırmağa və daha çox insan itkisi və dağıntıya səbəb ola biləcək addımlardan qaçmağa çağırırıq.

İranın nüvə proqramı ilə bağlı münaqişənin yeganə həll yolu danışıqlardır. Beynəlxalq ictimaiyyəti tərəflər arasında diplomatik həllin tapılması səylərini dəstəkləməyə çağırırıq".

Qeyd olunur ki, Türkiyə bu məsələdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə və konstruktiv töhfələr verməyə hazırdır.

Избранный
15
unikal.az

1Источники