ABŞ-ın zərbələrindən sonra İranın nüvə obyektlərinin ciddi zərər görmədiyi haqda məlumatlar yayılır, radiasiyanın yayılmaması da bu fikri gücləndirir.
Məlumat doğrudursa, iki ehtimal önə çıxır:
- Amerika bombası İranın nüvə obyektinə təsir edəcək qədər güclü olmayıb. Ki bu ehtimal olduqca zəifdir;
- İran gözlənilən zərbədən öncə nüvə obyektlərində ki uranı çıxara bilib: "Reuters" də mənbələrinə istinadən belə bir məlumat yayıb;
İran bunu edə bilibsə, cavab addımlarında daha ehtiyatlı olacaq, çünki nüvə potensialı sıradan çıxmadığı müddətdə Tehran çıxış yolları axtarmaqda maraqlıdır.