RU

Çəki itkisi deyil, psixoloji çöküş: Anoreksiya nədir?

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Türkiyədə sosial media fenomeni Nihan Candanın anoreksiya nevroza (nevrotik anoreksiya) səbəbilə həyatını itirməsi bu xəstəliyi yenidən gündəmə gətirib. 

Qaynarinfo xəbər verir ki, görünüş təzyiqi və psixoloji travmaların səbəb olduğu bu narahatlığın yalnız fiziki deyil, həm də davranışsal və travma əsaslı bir proses olduğunu vurğulayan türkiyəli klinik psixoloq Gözdə Göktaşın sözlərinə, anoreksiya nevroza bir qidalanma pozuntusudur: "Bu, sadəcə davranışa əsaslanan bir proses deyil. Travmaya əsaslanan, erkən uşaqlıq dövrü və ailədən keçən təsirlər ilə də əlaqələndirilə bilər".

Klinik psixoloq Gözdə Göktaş bildirib ki, qidalanma pozuntuları yalnız fiziki deyil, eyni zamanda dərin ruhi çökmənin əksidir: 

"Ailələr və yaxın çevrə bu prosesdə qətiyyən günahlandırıcı deyil, tamamilə dəstəkləyici mövqe sərgiləməlidirlər".

Anoreksiya nevrozanın əksər hallarda yalnız pəhriz asılılığı və ya arıqlamaq arzusu kimi dəyərləndirildiyini, lakin bu vəziyyətin arxasında çox daha dərin psixoloji amillərin dayandığını qeyd edən psixoloq Göktaş deyib: 

"Anoreksiya nevroza bir qidalanma pozuntusudur. Bu, sadəcə davranışa əsaslanan bir proses deyil. Travma əsaslı, erkən uşaqlıq dövrü və ailədən ötürülən təsirlərlə də əlaqəlidir. Nəzarət ehtiyacı, özgüvən əksikliyi, mükəmməllikçi yanaşma, çətin həyat hadisələri və aşağı öz dəyər hissi bu vəziyyətdə müəyyənedici amillərdir. Travmalar, ailəvi yüklər, mükəmməllikçilik, obsesif düşüncələr və sosial medianın təzyiq etdiyi bədən görünüşü bu mənzərəni daha da ağırlaşdırır. İnsan özünü aynada hələ də kök görə bilir və bu, pozulmuş bədən algısının ən bariz göstəricisidir".

Klinik psixoloq əlavə edib ki, anoreksiya nevrozada kilo itkisi yalnız fiziki bir əlamət deyil, eyni zamanda ruhi bir geriləmənin göstəricisidir. Bu vəziyyətin xüsusilə yeniyetmələr və gənc qadınlar arasında tez-tez rast gəlinməsinə baxmayaraq, son illərdə kişilər arasında da artdığı müşahidə olunur:

"Son zamanlarda sürətli kilo itkisi baş verirsə, psixoloji dalğalanmalar müşahidə olunursa, bu sadəcə bir pəhriz məsələsi deyil. İnsan özünü ifadə etməkdə çətinlik çəkə bilər, sosial münasibətlərdən uzaqlaşa bilər. Bu mərhələdə həm psixoterapiya, həm də həkim nəzarəti mütləqdir".

Anoreksiyadan xilas olmağın fərdi iradə ilə təkbaşına öhdəsindən gəlinə biləcək bir proses olmadığını vurğulayan Gözdə Göktaş bildirib ki, bu vəziyyətə multidissiplinar yanaşma tələb olunur:

"Psixoloji dəstək, qidalanma üzrə məsləhət və əgər lazım gələrsə, tibbi müalicə paralel şəkildə aparılmalıdır. Bu prosesə təkcə xəstə deyil, ailə də daxil edilməlidir; tənqid etmək yerinə, dəstək göstərilməlidir. Anoreksiya həm fiziki, həm də emosional tərəfləri ilə ələ alınmalı olan bütöv bir sağlamlıq problemidir".

Xəstəliyin xüsusilə başlanğıc mərhələsində insanın yaşadığı durumu dərk edə bilmədiyini vurğulayan Göktaş, ailə və yaxın çevrənin müşahidələrinin böyük əhəmiyyət daşıdığını bildirib:

"Xəstə adətən vəziyyətini inkar edir. Özümü yaxşı hiss edirəm’ deyə bilər, amma fiziki əlamətlər fərqli mənzərə təqdim edir. Bu səbəblə yaxın çevrə sürətli kilo itkisi, yemə vərdişlərində dəyişiklik və sosial təcrid kimi siqnalları ciddi qəbul etməli və vaxtında peşəkar yardım alınmalıdır".

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
2
qaynarinfo.az

3Источники