RU

Yaponiyada 5,2 bal gücündə zəlzələ olub

BAKI, 22 iyun. TELEQRAF

Yaponiyanın cənub-qərbində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Kaqosima prefekturasında yerləşib, zəlzələnin ocağı isə 20 kilometr dərinlikdə qeydə alınıb.

Hazırda hadisə nəticəsində tələfat, dağıntı və sunami təhlükəsi barədə məlumat verilmir.

Rəsmilər vəziyyəti nəzarətdə saxladıqlarını bildiriblər.

Избранный
30
50
teleqraf.com

10Источники